Alimlər: “X” virusunun yayılması və ikinci pandemiya ehtimalı çoxdur
Yoluxucu xəstəliklər üzrə aparıcı mütəxəssislərin fikrincə, planetdəki insanların çoxu həyatları boyu COVID-19-a bənzər başqa bir pandemiyanın şahidi olacaqlar, çünki onlar getdikcə daha çox yaxınlaşan “X” adlı naməlum patogen ilə mübarizə aparmaq üçün hələ də zəif təchiz olunublar. Bu səbəbdən həmin virus bütün dünyada sürətlə yayıla bilər.
Fhnews.az Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadla xəbər verir ki, 2018-ci ildə “X” xəstəliyi terminini ciddi beynəlxalq epidemiyaya səbəb ola bilən, hazırda naməlum olan yoluxucu xəstəliyə istinad etmək üçün istifadə edilib. Qlobal ekspertlər deyirlər ki, növbəti pandemiya yaxınlaşır və o, hazırda elmə məlum olmayan patogen tərəfindən törədilə bilər.
Bir iddiaya görə, COVID-19 qlobal iqtisadiyyatları diz çökdürən, milyonlarla insanın həyatına son qoyan və pandemiyaya hazırlıqda qlobal zəiflikləri üzə çıxaran ilk “X” virusu xəstəliyi idi.
London İmperial Kollecinin Jameel İnstitutunun Epidemiologiya üzrə tədqiqatçısı Tomas Rouson bildirib ki, gələcəkdə baş verəcək epidemiyanın şiddəti məlum deyil, lakin o, COVID-19-dan daha ölümcül ola bilər. Onun sözlərinə görə, pandemiyalar getdikcə daha çox yayılır. “Əhalinin sayı artdıqca və bununla da heyvan xəstəlikləri mənbələri ilə qarşılıqlı əlaqə çoxaldıqca, yeni patogenin ortaya çıxma riski də çox olur. Güman ki, bir çoxumuz həyatımız boyu başqa bir qlobal pandemiyadan şəxsən təsirlənəcəyik”, -deyə tədqiqatçı qeyd edib.
Tomas Rouson vurğulayıb ki, dünya təkcə müalicələr, peyvəndlərlə deyil, həm də çevik reaksiya ilə yeni pandemiyaya hazır olmalıdır.
Xüsusiyyətləri hələ də naməlum qalsa da, ekspertlərin fikrincə, 'X” epidemiyası çox güman ki, əvvəlki pandemiyaların qlobal miqyasda yayılmasına imkan verən bəzi əsas əlamətləri ehtiva edəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...