Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar
Kolumbiya və ABŞ-dan olan beynəlxalq paleontoloqlar qrupu And dağlarında aparılan qazıntılar zamanı daşlaşmış nəhəng tısbağa qalıqları aşkar ediblər.
Fhnews.az xəbər verir ki, tədqiqatın nəticələri “Publicación Electrónica de la Asociación Paleontológica Argentina” (PEAPA) elmi jurnalında dərc olunub.
Mütəxəssislərin sözlərinə görə, heyvan qalıqları sürünənlərin nəsli kəsilmiş “Puentemys mushaisaensis” növünə aiddir. Bu heyvanların uzunluğu 1,5 metrə çatıb.
Alimlərin fikrincə, tapıntı And regionu üçün misilsizdir, çünki bundan əvvəl “Puentemys mushaisaensis” qalıqları dağlardan 100 kilometrlərlə aralıda, Karib dənizi yaxınlığında aşkarlanıb.
“Onların dənizdən 500 kilometr uzaqda aşkarlanması bizə paleosen və eosen dövrlərində, And regionunun alçaq dağ silsiləsi olduğu dövrlərdə Cənubi Amerikanın şimalında landşaftların necə olmasını anlamaq imkanı verir”, - deyə tədqiqata rəhbərlik edən paleontoloq Edvin Kadena bildirib.
Mütəxəssislər qeyd ediblər ki, “Puentemys mushaisaensis” dinozavrların nəsli kəsildikdən sonra birinci geoloji era dövründə yaşayıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...