22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər dəniz dibinin altında zəngin ekosistem aşkar ediblər

18-10-2024
IMG

Dənizin dibində maqma və yeraltı suyun qarışdığı hidrotermal ventilyasiya adlanan çatlar var. Canlılar okeanın dibində meydana çıxa bilir, burada yaşamaq normalda demək olar ki, qeyri-mümkündür.

Əvvəlki araşdırmalarda bu bacaların yaxınlığında müxtəlif heyvanlar görünsə də, altında yalnız mikroblar tapılmışdı. Tədqiqatçılar boru qurdları adlanan canlıların hidrotermal ventilyasiyalarda necə yaşadığını öyrənmək üçün Sakit Okeanın dibində vulkanik cəhətdən aktiv olan Şərqi Sakit Okean yüksəlişini araşdırmaq qərarına gəliblər. 

Səthin təxminən 2500 metr altına uzaqdan idarə olunan bir vasitə göndərən qrup boru qurdu sürfələrini axtarırdı. Lakin robot dəniz dibini açanda alimlər gördükləri mənzərə qarşısında məəttəl qalıblar.

Dibdən təxminən 10 santimetr aşağıda ən azı 10 müxtəlif növün yaşadığı boşluqlar olub.

Tədqiqatçılar deyirlər ki, çuxurlarda boru qurdlarının həm sürfələrinin, həm də yetkinlərinin tapılması bu canlıların həyat dövrünə işıq sala bilər. Yuvalara yayılan sürfələrin bəziləri orada böyüyüb inkişaf edərkən, bəziləri dəniz dibindəki çuxurlarda məskunlaşa bilər. 

Dəniz dibinin altındakı ekosistemin nə qədər zəngin olduğu hələ məlum deyil. Bununla belə, tədqiqatçılar yeni araşdırmanın burada yaşayan canlıların qorunması baxımından əhəmiyyətli olduğunu bildirirlər.

Paylaş: