22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər Atlantik okeanının dibində nəhəng asteroid krateri aşkarlayıblar

07-10-2024
IMG

Böyük Britaniya, ABŞ və Almaniyadan olan beynəlxalq alimlər qrupu Afrika sahillərində Atlantik okeanının dibində yerləşən asteroid kraterinin 3D şəkillərini əldə edib.

Fhnews.az xəbər verir ki, tədqiqat “Communications Earth & Environment” elmi jurnalında dərc olunub.

Qeyd olunub ki, diametri təxminən doqquz kilometr olan krater təxminən 66 milyon il əvvəl böyük meteorit zərbəsinin nəticəsidir.

Alimlər bildiriblər ki, meteoritin diametri təxminən 450-500 metr olub. O, saatda 72 min kilometr sürətlə Yerə cüzi bucaq altında düşüb.

Mütəxəssislərin fikrincə, yeni məlumatlar asteroidin düşməsindən sonrakı ilk dəqiqələrin şəklini yenidən yaratmağa imkan verib.

Partlayışın enerjisi süxurları əridib və minlərlə kvadrat kilometr ərazini əhatə edən dağıntı zonası yaradıb. Bu kataklizm həm də Atlantik okeanını keçən 800 metrlik sunaminin yaranmasına səbəb olub.

Tədqiqatçılar qeyd ediblər ki, krater Meksikanın Yukatan yarımadasının sahillərində 180 kilometr uzunluğundakı Çikxulub krateri ilə təxminən eyni vaxtda əmələ gəlib. Çikxulub Yer kürəsinin 10 kilometrlik meteoritlə toqquşmasından sonra yaranıb və bu, dinozavrların, Yerdəki əksər həyat formalarının məhvinə səbəb olub.

Bundan əvvəl elm adamları Yamalda əbədi buzlaqda kraterlərin yaranmasının səbəbini açıqlamışdılar.

Paylaş: