Alimlər Arktikada yayılan zombi-virusla bağlı xəbərdarlıq edirlər
İqlim dəyişikliyi indiyə qədər diqqətdən kənarda qalıb, lakin bir sıra elm adamlarının artıq müəyyən narahatlıqla diqqəti cəmləşdirdiyi təhlükələr yaradır. Bunlar Arktikada donmuş halda qalan qədim mikroorqanizmlərdir və bu daim donmuş torpaq qatının istiləşməsi nəticəsində onların yayılması yeni qlobal pandemiyaya səbəb ola bilər.
Fhnews.az xəbər verir ki, Britaniyanın “The Observer” qəzetinin yazdığına görə, alimlər Sibirdə əbədi donmuş torpaqlarda basdırılmış canlı virusları bərpa edə bilib və min illər keçməsinə baxmayaraq, onların hələ də təkhüceyrəli orqanizmləri yoluxdurmaq qabiliyyətinə malik olduğunu nümayiş etdiriblər.
Eynilə, başqa bir araşdırma Sibirin yeddi fərqli bölgəsində yayılan hüceyrələrə də yoluxa bilən bir neçə fərqli virus ştammının mövcudluğunu aşkar edib. Bu virus nümunələrindən birinin 48.500 yaşı var, buna görə də onlar “Mafusail mikrobları” və ya zombi virusları kimi tanınırlar.
Digər məşhur Britaniya qəzeti “The Guardian” yazır ki, hazırda “pandemiya təhlükələrinin təhlili cənub bölgələrində yarana və sonra şimala yayıla biləcək xəstəliklərə yönəlib. Bununla belə, uzaq şimalda yarana biləcək və sonra cənuba yayıla biləcək bir epidemiyaya az diqqət yetirilib, onu nəzərdən qaçırıblar”.
Rotterdamdakı Erasmus Universiteti Tibb Mərkəzinin virusoloqu Marion Kupmans qlobal istiləşmə ilə getdikcə daha çox təhlükə altında olan Sibir permafrostunda (daimi donmuş ərazi) hələ də təcrid olunmuş mikroorqanizmlərlə bağlı oxşar fikri ifadə edib. Alim qeyd edir ki, bu virusların poliomielit xəstəliyinin qədim forması kimi onun yayılmasına səbəb ola biləcəyinə dair real risklər mövcuddur.
Alimlərin fikrincə, ən təcili təhlükə əbədi donun əriməsi deyil, "Arktika dəniz buzunun yox olmasıdır”. Baxmayaraq ki, bu, Sibirdə gəmiçiliyi, nəqliyyat əlaqələrini və sənayenin inkişafını artıracaq. Alimlər neft və faydalı qazıntıların çıxarılması üçün genişmiqyaslı mədən əməliyyatlarının planlaşdırılmasından narahatdırlar. Çünki bu qazıntılar əbədi donun dərinliklərində nəhəng dəliklər açacaq. Kupmans xəbərdarlıq edir: “Nəticədə, orada hələ də inkişaf edən çoxlu sayda patogenlər yayılacaq və onların fəsadları fəlakətli ola bilər”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...