Alimlər Antarktidanın sürətlə yüksəldiyini aşkar ediblər.
Məlumdur ki, Antarktidada buzlaqlar əridikcə dəniz səviyyəsi yüksəlir və qlobal istiləşmənin təsiri ilə bu proses daha da sürətlənir. Bundan əlavə, qitə bu şəkildə çəkisini itirdikcə dəniz səviyyəsini yüksəldir Çünki Antarktida cazibə qüvvəsi ilə maqnit kimi fəaliyyət göstərərək buzunu qoruyur. O, əriyib kütləsini itirdikdə tuta biləcəyi buzun miqdarı azalır və okeanlara daha çox su buraxır.Bu prosesin təsirini ölçmək istəyən tədqiqatçılar Yer mantiyasının Antarktida buz örtüyü altında olan hissəsini tədqiq ediblər.
“Science Advances” jurnalında dərc edilən son araşdırmada qitənin çox sürətlə yüksəldiyi müəyyən edilib. Ohayo Dövlət Universitetinin geoloqu Terri Uilson həmmüəllifi olduğu araşdırma haqqında deyib ki, bizim ölçmələrimiz Antarktida buz örtüyünün əsasını təşkil edən bərk torpaqların təəccüblü surətdə şəklini dəyişdiyini göstərir.
Yerüstü buzun azalması nəticəsində yaranan quru kütləsinin yüksəlməsi minlərlə il deyil, onilliklər ərzində baş verir.Tədqiqat qrupu daha sonra model yaradaraq qitənin yüksəlişinin uzunmüddətli təsirlərini təhlil edib.
Modelə görə istixana qazı emissiyaları azalsa və qlobal istiləşmə ləngisə, qitənin yüksəlməsinin dəniz səviyyəsinin qalxmasına təsiri 40 faiz azala bilər. Bu halda elm adamları Antarktidanın kütləvi itkisinin dəniz səviyyəsinin 2500-cü ilə qədər 1,7 metr yüksəlməsinə səbəb olacağını bildirirlər. Ancaq qlobal istiləşmə davam edərsə, eyni tarixə qədər 19,5 metr artım proqnozlaşdırılır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...