22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Alimlər 150 dəqiqə ərzində 1025 dərəcə Selsi yüksək temperaturda süni almaz yaratdılar.

30-04-2024
IMG

Cənubi Koreyanın tədqiqatçıları almaz istehsalında inqilabi kəşf ediblər. Elm adamları istifadə etdikləri yeni maye metal qarışdırma texnikası ilə 150 dəqiqə ərzində süni almaz istehsal ediblər. Bu kəşfdən əvvəl sintetik almazların istehsalı həftələr çəkib.Məlumdur ki, təbii almazların əmələ gəlməsi prosesi həddindən artıq yeraltı təzyiq və temperatur şəraitində milyardlarla il çəkir.

Maye metalların qarışdırılmasına əsaslanan yeni üsul yüksək güclü sıxılma ehtiyacı olmadan bir neçə dəqiqə ərzində süni almaz istehsal etməyə imkan verib.

Cənubi Koreya Əsas Elmlər İnstitutunun tədqiqatçılarının rəhbərlik etdiyi innovativ yanaşmanın arxasında duran heyyət  prosesin sintetik almazların istehsalında əhəmiyyətli fərq yaradacağını düşünür.

Almaz əldə etmək üçün karbonun maye metala əridilməsi tamamilə yeni kəşf edilmiş üsul deyil. Lakin bu proseslər karbonu saxlamaq üçün çox yüksək təzyiqlər və “almaz toxumu” tələb edirdi.Tədqiqatçılar apardıqları yeni araşdırma nəticəsində “1 atm təzyiqdə və orta temperaturda maye metal ərintisindən istifadə edərək almaz yetişdirmə üsulunu” kəşf ediblər.

Təzyiqdə tələb olunan azalma qalium, dəmir, nikel və silikon kimi maye metalların diqqətlə qarışdırılmış qarışığından istifadə etməklə əldə edilmişdir.Metan və hidrogen birləşməsinə məruz qalan metalı çox tez qızdırmaq və sonra soyutmaq üçün qrafit korpusun içərisində xüsusi hazırlanmış vakuum sistemi qurulmuşdur.Bu şərtlər metandan olan karbon atomlarının ərimiş metala yayılmasına səbəb olub və almaz üçün toxum rolunu oynayıb.

Cəmi 15 dəqiqədən sonra almaz kristallarının kiçik parçaları əmələ gəlib və iki saat yarımdan sonra almaz istehsalı tamamlanıb.

Paylaş: