Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi qrupun görüşündə ombudsmanın fəaliyyəti barədə məlumat verilib
Milli İnsan Hüquqları Təsisatlarının Avropa Şəbəkəsinin (ENNHRI) Əlilliyi olan şəxslərin hüquqları üzrə İşçi qrupunun növbəti onlayn görüşü keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, İşçi qrupuna üzv milli insan hüquqları təsisatlarının əməkdaşları, habelə beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə baş tutan görüşün əsas məqsədi BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın təşviqi, müdafiəsi və monitorinqi üzrə ötən dövr ərzində görülmüş işlər barədə müzakirə aparılmasından ibarət olub.
Görüşdə ENNHRI-nin Baş katibi Debbi Kohnerin çıxışından sonra müxtəlif ölkələrin milli insan hüquqları təsisatları tərəfindən əlilliyi olan şəxslərin hüquqları üzrə son bir ildə həyata keçirilən tədbirlər barədə məlumat verilib, müsbət təcrübələr diqqətə çatdırılıb.
Həmin görüşdə Ombudsman Aparatının Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun baş məsləhətçisi Şəhla Aslanova Azərbaycan ombudsmanının fəaliyyəti ilə bağlı çıxış edib. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliyə əsasən, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə ombudsmana həvalə edilmiş funksiyaların icrası ilə əlaqədar təsisatda müstəqil monitorinq qrupunun yaradılması istiqamətində görülən işlərlə bağlı iştirakçılara məlumat verilib. Eyni zamanda, ölkəmizdə digər qanunvericilik aktlarına da ombudsmanın yeni səlahiyyətləri ilə bağlı müvafiq dəyişikliklərin edildiyi, bu mövzu ilə bağlı məlumatlılığın artırılması məqsədilə dövlət qurumlarının əməkdaşları üçün maarifləndirici tədbirlərin təşkil olunduğu, habelə ombudsmanın yenilənmiş internet səhifəsində müyəssərlik menyusunun əlavə edildiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, cari ildə Azərbaycan ombudsmanının beynəlxalq əməkdaşlıq fəaliyyəti çərçivəsində BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitəsinə paralel hesabat təqdim etdiyi, həmçinin Əlilliyi olan Şəxslərin Hüquqları üzrə BMT Tərəfdaşlığının ölkə üzrə həyata keçirdiyi layihəyə də cəlb olunduğu bildirilib.
Yekunda oktyabr ayında ombudsmanın təşəbbüsü ilə ölkəmizdə keçiriləcək “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda Beynəlxalq Bakı Forumunda da əlilliyi olan şəxslər üçün müyəssərliyin təmininə yönəlmiş tədbirlərin təşkilinin nəzərdə tutulduğu qeyd edilib.
Görüşdə Azərbaycanla yanaşı, İşçi qrupuna üzv digər ölkələrin nümayəndələri də çıxış ediblər.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...