Əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında əlilliyi olan şəxslərə 58,4 min reabilitasiya vasitəsi verilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 4,3 mini təkərli oturacaq (o cümlədən 140-ı mühərrikli təkərli oturacaq), 1,2 min aşağı və yuxarı ətraf, habelə 1,3 min eşitmə aparatı, 1,4 min qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 4,6 min cüt protez və ortopedik ayaqqabı, 49 korset və digər reabilitasiya vasitələri təqdim olunub.
Bu ilin 6 ayı ərzində ümumilikdə 7,7 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...