Alen Berset Avropa Şurasının yeni baş katibi oldu
Berset Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının 306 üzvü arasında keçirilən iki tur gizli səsvermədən sonra seçilib.
Baş katib seçkilərində qalib gələn Alen Bersetin rəqibləri arasında Avropa İttifaqının keçmiş komissarı Didye Reynders və Estoniyanın keçmiş mədəniyyət naziri İndrek Saar da var idi. Hazırkı baş katib Mariya Peyçinoviç Buric ikinci müddətə namizədliyini irəli sürməyib.
Alen Bersetin sentyabrda vəzifəsinin icrasına başlayacağı gözlənilir.Qeyd edək ki, Berset 2012-2023-cü illərdə İsveçrədə daxili işlər naziri, 2018 və 2023-cü illərdə isə İsveçrə Konfederasiyasının prezidenti olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...