22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Aleksandr Zuyev: BMT Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə qarşı apardığı mübarizəni yüksək qiymətləndirir

14-11-2024
IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Noyabrın 14-də Baş prokuror Kamran Əliyev BMT-nin Baş katibinin Qanunun Aliliyi və Təhlükəsizlik Təsisatlari üzrə köməkçisi Aleksandr Zuyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, Kamran Əliyev Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında COP29-un ən yüksək səviyyədə təşkil olduğunu qeyd edərək, tədbirin iqlim dəyişmələrinin mənfi təsirinə qarşı birgə mübarizəyə böyük töhfə olacağını bildirib. O, Azərbaycanın BMT-nin iqlim, qanunun aliliyi və təhlükəsizliklə bağlı prioritetlərini hər zaman dəstəklədiyini qeyd edib.

COP29 çərçivəsində Azərbaycanın Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə idarəsi (BMTNCİ) tərəfindən təşkil olunan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi tərəfindən həmsədrlik edilən noyabrın 15-də keçiriləcək "İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması" adlı yüksəksəviyyəli sessiyası barədə danışan tərəflər ekoloji cinayətlərin təqibində birgə əməkdaşlığın əhəmiyyətli olduğunu bildiriblər.

Aleksandr Zuyev ölkəmizdə keçirilən ən böyük iqlim konfransının - COP29-un Azərbaycanın sədrliyi ilə yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq Azərbaycanın iqlim dəyişmələrinin mənfi təsirinə qarşı apardığı mübarizə işinin BMT tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

Paylaş: