22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Albaniyada Qədim Roma dövrünə aid villanın qalıqları tapılıb

25-05-2024
IMG

Arxeoloqlar təxminən eramızdan əvvəl VII əsrdə qədim yunanlar tərəfindən salınan və Adriatik dənizində sahil şəhəri olan Durresdə villanın qalıqlarını aşkar ediblər. Bu yaşayış məntəqəsi eramızdan əvvəl III əsrdə Roma tərəfindən fəth edilib. Həmin dövrdə bu kiçik şəhər müasir Albaniyadan Sloveniyaya qədər uzanan Illirik əyalətinin ən mühüm limanına çevrilib.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, şəhərdə Roma dövrünə aid çoxlu əşya və tikililər, o cümlədən eramızın 117-ci ilində vəfat etmiş imperator Trayanın hakimiyyəti dövrünə aid amfiteatr aşkar edilib. Durresdə davam edən qazıntılar arxeoloqların yerli elitanın məskəni olduğuna inandıqları qədim şəhərin yaşayış sahəsini aşkara çıxarıb. Ekspedisiya üzvləri villanın içərisində böyük düzbucaqlı hovuzu olan üzgüçülük sahəsinin qalıqlarını da aşkar ediblər. Tapılan Roma qapalı hovuzu Albaniyada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən ilk analoji yerdir.

Albaniya Mədəni İrs İnstitutunun məlumatına görə, hovuzun divarları rəngli freskalarla, döşəməsi isə həndəsi motivli çox yaxşı vəziyyətdə qalmış mozaikalarla bəzədilib. Mozaika plitələr mərmər, daş, şüşə və keramika kimi müxtəlif materiallardan hazırlanıb.

Hovuzun yanında arxeoloqlar, həmçinin hidroizolyasiya üçün havan qatları ilə örtülmüş iki dayaz vannadan ibarət bir struktur aşkar ediblər. Arxeoloqlar villanın qazıntı sahəsinin şimal hissəsində hamamın bir hissəsi ola biləcək böyük kərpic döşəmə, həmçinin bir neçə divarın qalıqlarını da tapıblar. Mədəni İrs İnstitutunun məlumatına görə, komandanın şəhərin qərb hissəsindəki kəşfləri arxeoloqlar arasında böyük maraq doğurur.

Ərazidə arxeoloqlar villanın divar və tavanlarında müxtəlif antropomorfik və bitki motivləri olan bəzək fraqmentlərini üzə çıxarıblar. Tədqiqatçılar deyirlər ki, üzlük eramızdan əvvəl I əsr və eramızın II əsrinə aid olan dövr üçün xarakterikdir.

“The Greek Reporter” nəşri yazır: “Durresdə belə bir mozaikanın olması onun qərb qonşuları ilə güclü iqtisadi, mədəni və sosial əlaqələrindən xəbər verir. Bu cür mozaikalar bir çox hallarda İtaliyada, Pompey və Ostia kimi yerlərdə tapılır, habelə onlara nadirən Uzaq Şərqdə rast gəlinir.

Ərazidəki tapıntılar villanın I və IV əsrlərə aid olduğunu göstərir. Mütəxəssislər hesab edirlər ki, k

Paylaş: