Albaniya Konstitusiya Məhkəməsi İtaliya ilə miqrasiya sazişini təsdiqləyib
Albaniya Konstitusiya Məhkəməsi Albaniya və İtaliya hökumətləri arasında imzalanmış immiqrasiya sazişini təsdiqləyib.
Fhnews.az xəbər verir ki, razılaşma çərçivəsində İtaliya hökuməti Albaniyanın şimalında iki miqrant düşərgəsi inşa edəcək. Həmçinin Aralıq dənizində İtaliya sahil-mühafizə gəmiləri tərəfindən xilas edilən qeyri-qanuni mühacirlər Albaniyaya aparılaraq bu mərkəzlərdə saxlanılacaq və sığınacaq müraciətlərinə burada baxılacaq.
Konstitusiya Məhkəməsi sazişin Albaniya Respublikasının ərazi bütövlüyünü pozmadığını, yaradılacaq iki düşərgədə alban qanunları ilə yanaşı, İtaliya qanunlarının da tətbiq ediləcəyini açıqlayıb. Saziş qarşıdakı dövrdə Albaniya parlamentində təsdiqlənməlidir. Leş şəhərində tikiləcək iki düşərgədə ayda maksimum üç min, il ərzində isə ümumilikdə 36 minədək immiqrant müvəqqəti yerləşdiriləcək.
Saziş ötən həftə İtaliya parlamentinin aşağı palatası tərəfindən təsdiqlənərək Senata göndərilib. Baş nazir Ciorcia Meloni bu sənədi Avropa İttifaqı və Aİ-yə daxil olmayan ölkələr arasında qeyri-qanuni miqrasiya idarəçiliyi üzrə əməkdaşlıq modeli kimi qiymətləndirib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen də razılaşmanı dəstəkləyərək onun mühüm təşəbbüs olduğunu və qitədə mühacir probleminin həllinə kömək edəcəyini bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...