AI-nin yeni modeli İsveçin XVII-XIX əsrlərə aid əlyazmalarını interpretasiya edir
Süni intellektin (AI) yeni alətləri İsveçin XVII-XIX əsrlərə aid əlyazmalarını interpretasiya etməyə imkan verib. “The Swedish Lion” adlanan bu model ümumilikdə 15,6 milyon kəlməni ehtiva edir.
Fhnews.az xəbər verir ki, yeni AI modeli tədqiqatçılar tərəfindən İsveç və Finlandiyanın milli arxivləri, həmçinin Stokholm şəhərinin arxivi ilə əməkdaşlıq şəraitində işlənib hazırlanıb. Onun köməyi ilə tarixi əlyazma materiallarını sürətlə oxumaq və təhlil etmək, onların sistemli şəkildə təsnifatını aparmaq və axtarış məqsədilə əlçatanlığına nail olmaq mümkündür.
Bu modelin ixtiraçılarından biri olan İsveç Milli Arxiv İdarəsinin tədqiqat qrupunun rəhbəri Olof Karsvall milyonlarla əlyazma sənədinin rəqəmsallaşması və təhlil edilməsində tamamilə yeni imkanların olduğunu deyir.
AI modeli tədqiqatçılar üçün nəzərdə tutulub, amma İsveçin Milli Arxiv İdarəsi bu versiyanı tezliklə hər kəs üçün əlçatan edəcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...