Aİ-nin bir sıra ölkələri Çin elektrokarlarına rüsum tətbiq olunmasını dəstəkləmir
Avropa İttifaqının bir sıra ölkələri Brüsselin Çin elektrik avtomobillərinə əlavə rüsumlar tətbiq etmək niyyətini dəstəkləmir.
Fhnews.az xəbər verir ki, bu barədə blokun paytaxtlarında müvafiq sorğu keçirən Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iyulun 4-də Avropa Komissiyası Çindən elektriklə işləyən avtomobillərin idxalına 37,6 faizə qədər əlavə tariflərin tətbiqi planlarını elan etməyə hazırdır. Almaniya, Macarıstan, Norveç və İsveç bu tədbirlərə qarşıdır. Yunanıstan, İrlandiya, Polşa və Çexiyada isə məsələ ilə bağlı qızğın müzakirələr davam edir.
Tariflərin tətbiqi Aİ əhalisinin 40 faizinin yaşadığı İspaniya, İtaliya və Fransa tərəfindən dəstəklənir. İspaniya İqtisadi İşlər Nazirliyindən bildiriblər ki, Avropa blokdakı şirkətlərə ziyan dəyəcəyi təqdirdə özünü qorumalıdır.
Bununla belə, Berlin hesab edir ki, tariflərin tətbiqi yanlış yanaşmadır və problemlər birbaşa danışıqlar yolu ilə həll edilməlidir. Almaniya Çindən gələn tədarüklərdən xeyli dərəcədə asılı olan Volkswagen AG, Mercedes-Benz Group AG və BMW AG kimi alman avtomobil istehsalçıları üçün ciddi nəticələrdən ehtiyatlanır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...