Agentlik: Təlimlərə 10 min nəfərə yaxın tərbiyəçi-müəllim, metodist qatılıb
Bağçalarda çalışan pedaqoji heyət üçün həm Bakı şəhərində, həm də regionlarda 2022-ci ildən etibarən əyani və onlayn formatda təlimlər keçirilib və proses davam etməkdədir.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, genişmiqyaslı təlimlərdə metodist, tərbiyəçi-müəllimlər, hətta bağça müdirləri iştirak ediblər. Üç il ərzində məktəbəqədər təhsil müəssisələrində çalışan heyət üçün keçirilmiş təlimlərdə 8273 tərbiyəçi-müəllim, 1128 nəfər müdir, 100 nəfər metodist iştirak edib. Bağçalarda çalışan tərbiyəçi-müəllimlərin böyük əksəriyyəti təlimlərdə iştirak edib.
Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər təhsil və idarəetmədə olan yeni yanaşmalar və strategiyalarla tanış etməkdir.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...