22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Agentlik: Səkkiz tələbə Latviyada təqaüdlə təhsil alacaq

15-08-2024
IMG

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2024-2025-ci tədris ili üzrə 8 azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Latviyada təhsil alacaq.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində həmin 8 nəfər Riqa Texniki Universitetində, Latviya Universitetində, Turıba Universitetində və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıb.

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 25 ölkə üzrə Azərbaycan ilk beşlikdə yer alır.

2024-2025-ci tədris ili üzrə bu günə qədər 165 tələbə bu proqram vasitəsilə xaricdə təqaüdlü təhsil almaq imkanı qazanıb. Bunlar Çin (28), Macarıstan (129) və Latviya (8) hökumətləri ilə razılaşma əsasında olanlardır. Proses hazırda davam edir və daha bir neçə tələbənin təqaüd alma imkanı qarşıdadır.

Paylaş: