Agentlik: Şagirdlərin yerdəyişməsi prosesi dayandırılır
Şagirdlərin elektron yerdəyişməsində valideynlər üçün “sy.edu.az” elektron sistemi vasitəsilə ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi avqustun 30-u saat 18:00-da dayandırılacaq. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər sentyabrın 5-dək (saat 15:00-a qədər) övladlarının sənədlərini yerdəyişmə etdikləri ümumi təhsil müəssisəsinə verməlidirlər.
Fhnews.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Xatırladaq ki, yerdəyişmə prosesinə II – IX və XI sinif şagirdləri üçün avqustun 8-dən, X siniflər üçün isə avqustun 15-dən başlanılıb. Yerdəyişmə prosesi yekunlaşdıqdan sonra tamamlanmayan sorğular və növbələr avtomatik olaraq sistem tərəfindən silinəcək.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...