22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Agentlik iyul ayı üçün diplomların tanınması üzrə statistikanı açıqlayıb

06-08-2024
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) iyul ayı üçün tanınma üzrə statistik məlumatları açıqlayıb.

Agentlikdən verilən məlumata görə, iyul ayı üzrə 937 nəfərdən 754-nün müraciəti barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 183 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbindən 142, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbindən 17, təhsil formasına görə 8, dövlət nümunəli olmayan diplomla bağlı 6, akkreditasiyasız ali təhsil müəssisəsi və sərhəd xidmətinin məlumatı səbəbindən 3, akkreditasiyasız ali təhsil müəssisəsi olduğuna görə 2, bakalavr diplomu üzrə mənfi qərar verilməsi səbəbindən 2, ekvivalenti olmayan ixtisasa görə 2, baza təhsili diplomu olmadan magistratura təhsili alınması səbəbindən 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ötən ay Türkiyədən 346, Rusiyadan 308, Ukraynadan 114, Gürcüstandan 59, Birləşmiş Krallıqdan 16, İtaliyadan 11, Macarıstandan 9, ABŞ-dan 7, Qazaxıstandan 7, Polşadan 6, Almaniyadan 5, Belarusdan 5, Çexiyadan 4, Çindən 4, Litvadan 4, Niderlanddan 4, Pakistandan 4, Belçikadan 3, Estoniyadan 3, Latviyadan 3, Fransadan 2, Koreya Respublikasından 2 müraciət, Avstriya, Bolqarıstan, Əfqanıstan, İspaniya, İsveç, Kanada, Norveç, Özbəkistan, Qambiya, Səudiyyə Ərəbistanı Krallığı və Sinqapurdan hər ölkə üzrə 1 müraciət olub.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 153, biznesin idarə edilməsi üzrə 71, iqtisadiyyat üzrə 64, maliyyə üzrə 54, stomatologiya üzrə 37 müraciət qeydə alınıb

Paylaş: