22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Agentlik: 28 tələbə təqaüd proqramı çərçivəsində Çində təhsil alacaq

05-08-2024
IMG

Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində 28 nəfər Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ilində Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanıb.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, tələbələr kimya mühəndisliyi, kiberməkan elmi və texnologiyası, ətraf mühit elmləri və yeni enerji texnologiyaları, hüquq, iqtisadiyyat, kənd təsərrüfatı iqtisadiyyatı, dövlət idarəçiliyi, biofizika, mikrobiologiya, neyrocərrahiyyə və digər ixtisaslar üzrə bakalavriat (3 nəfər), magistratura (21 nəfər) və doktorantura (4 nəfər) səviyyələrində təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramına qəbul Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında sazişə əsasən həyata keçirilir.

Paylaş: