Ağciyər xərçənginin müalicəsində inqilab edəcək cihaz hazırlanıb
Alimlər yosunlardan kiçik robotlar hazırlayıblar. Cihazların ağciyər xərçənginin müalicəsində inqilab edə biləcəyi düşünülür.
ABŞ-nın San Dieqo şəhərindəki Kaliforniya Universitetinin tədqiqatçıları mikrorobotlar yaratmaq üçün yaşıl yosun hüceyrələrinin səthinə şişlərə qarşı istifadə edilmək üçün dərmanla doldurulmuş nanohissəciklər yerləşdiriblər. Bu nanohissəcikləri daşıyan yosunlar mikrorobotlarla ağciyərlərdəki şişlərə göndərilir.
Beləliklə, elm adamları kimyaterapiya müalicəsini birbaşa şişlərə və onların yayıldığı ərazilərə effektiv şəkildə çatdıra bilirlər.Nəzərdən keçirilən “Science Advances” jurnalında dərc edilən araşdırmada nanohissəcikləri daşıyan yosunlara xüsusi örtük vasitəsilə qırmızı qan hüceyrələrinin görünüşü verilir.
Araşdırmanın aparıcı müəlliflərindən biri olan Zhenqxing Li bu örtünün "kamuflyaj" rolunu oynadığına diqqət çəkərək deyib ki, bu örtük nanohissəcikləri bədəndəki qırmızı qan hüceyrələrinə bənzədir və bununla da immun reaksiyasının mümkün təsirinin qarşısını alır.
Alimlər siçanlar üzərində apardıqları tədqiqatlarda müsbət nəticələr əldə ediblər.
Ağciyərlərində metastaz vermiş melanomalı siçanlar nəfəs borularına daxil edilmiş kiçik bir boru vasitəsilə bədənlərinə göndərilən mikrorobotlarla müalicə olunub.
Müalicəsi müvəffəqiyyətli olan siçanların orta sağ qalma müddəti 37 gün, müalicə olunmamış siçanlar üçün isə bu müddət 27 gün olmuşdur.
Tədqiqatçılar mikrorobot müalicəsini daha böyük heyvanlarda sınaqdan keçirmək üçün hazırlıqların davam etdiyini bildirdilər. Əsas məqsəd cihazın insanlar üzərində klinik tədqiqatlarına keçməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...