Ağcabədidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq
R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü kilometrində (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq, iyulun 17-si saat 12:30-dan 14:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Fhnews.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, həmin hissədə yol bağlanmayacaq.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...