22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ağalı kəndində Şərqi Zəngəzur Regional Məşğulluq filialının xidmət şöbəsi istifadəyə verilib

23-02-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərə köçürülən sakinlərin dayanıqlı məşğulluğunun təminatı sahəsində tədbirləri davam etdirir.

Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əhalinin məşğulluq xidmətlərinə əlçatanlığının təmini məqsədilə Zəngilan rayonunun Ağalı kəndində agentliyin Şərqi Zəngəzur Regional Məşğulluq filialının xidmət şöbəsi istifadəyə verilib.

Xidmət şöbəsində məşğulluq xidmətləri ilə bağlı müraciət edən sakinlərin qeydiyyatı aparılaraq, onların məşğulluq imkanları qiymətləndirilir. Fərdi məşğulluq proqramları tərtib edilməklə sakinlərin aktiv məşğulluq proqramlarına cəlb olunması, habelə onlara karyera məsləhəti xidmətlərinin göstərilməsi işləri aparılır.

Paylaş: