Afrikanın qərbində təbii fəlakət nəticəsində 1 milyon insan evlərini tərk edib
Afrikanın qərbində Mali, Nigeriya və Nigerdə leysan yağışlar və daşqınlar səbəbindən təxminən 1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.
“Save The Children” beynəlxalq təşkilatının bəyanatında leysan yağışların və daşqınların həyata mənfi təsir etdiyi qeyd olunub. Açıqlamada bu səbəbdən təxminən 1 milyon insanın Mali, Niger və Nigeriyada evlərini tərk edərək köç etmək məcburiyyətində qaldığı bildirilir.Daşqınlar bir çox bölgədə epidemiya riskini artırıb, qida problemləri yaradıb.
Qeyd edək ki, Mali, Nigeriya və Nigerdə leysan yağışlar və daşqınlar nəticəsində 460-dan çox insan həyatını itirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...