Afrikanın cənubunda fillərin sayının artması ekosistemdə problemlər yaradır
Dünyada fillərin sayı azalarkən, dünya fillərinin yarıdan çoxuna ev sahibliyi edən Afrikanın cənubundakı bölgənin ekosistemində artan populyasiyanın yaratdığı problemlər narahatlıq doğurur.
Beynəlxalq Təbiəti Mühafizə Birliyi Qırmızı Siyahıya düşən fillərin sayının azalmasına diqqət çəkmək məqsədilə 2012-ci ildən etibarən 12 avqust Dünya Fil Günü kimi qeyd edilir.
Təbiətdəki ən böyük quru heyvanı olan Afrika filləri çox yüksək bazar dəyəri olan fil sümüyünə olan sıx tələbat səbəbiylə qitədə brakonyerlərin hədəfi olmağa davam edir.
Birliyin 2021-ci il hesabatına görə, nəsli kəsilmək təhlükəsi ilə üzləşən Afrika savanna fillərinin sayı son yarım əsrdə 60 % azalıb. Afrika meşə filləri isə 1990-cı ildən bəri 80 % azalıb.
Ümumdünya Vəhşi Təbiət Fondunun məlumatlarına görə, dünyada 500 minə yaxın fil yaşayır. Onların təxminən 90 faizi Afrika fillərindən ibarətdir.
Brakonyerliyə qarşı sərt və effektiv mübarizə aparan region ölkələrinin milli parkları xüsusilə Afrika savanna filləri üçün təhlükəsiz sığınacaq rolunu oynayır.
Təxminən 135 min filin yaşadığı Cənubi Afrika ölkəsi Botsvana dünyada ən çox filə sahib olan ölkədir. Ondan sonrakı sirada 100 minə yaxın filə sahib Zimbabve gəlir.Namibiya və Cənubi Afrika Respublikasında fillərin sayı 20 mini keçdiyi halda, Zambiya və Anqolada 10 minə yaxın fil yaşayır.
Botsvanalı vəhşi təbiət bələdçisi Gideon Kamutati son 15 ildə sürətlə artan fil sürülərinin bölgədə insan-fil münaqişəsinə səbəb olduğuna diqqət çəkib.Kamutati qeyd edib ki, fillərin yaşayış məntəqələrinə və təsərrüfatlara ziyan vurması bu münaqişənin əsas səbəbidir.
Təxminən 2 milyon əhalisi olan hər 15 nəfərə 1 fil düşdüyü Botsvanada hökumət son illərdə filləri başqa ölkələrə bağışlamaq üçün bəzi cəhdlər edib. Lakin transfer xərcləri yüksək olduğundan bu təşəbbüslər gözlənilən nəticəni verməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...