Afrikanı əhatə edən sular: Zəngin resurslar, müxtəlif problemlər
Afrika Birliyi 25 iyul tarixini "Afrika Dənizləri və Okeanlar Günü" elan edərək su ehtiyatlarını qorumağa çağırıb.Hazırda qitəni əhatə edən dənizlər və okeanlar müxtəlif problemlər məngənəsindədir.
Okeanlar və dənizlərlə əhatə olunmuş bir ada olan Afrika dəniz nəqliyyatından turizmə, neftdən təbii qaza qədər bir çox sahədə su ehtiyatlarına güvəndiyi halda, dəniz quldurluğu, qeyri-qanuni balıqçılıq və neft sızıntıları kimi problemlər bu resursların istifadəsinə mənfi təsir göstərir.
2014-cü ildə Afrika Birliyi su ehtiyatlarının qorunması üçün hərtərəfli addım ataraq 25 iyul tarixini “Afrika Dənizləri və Okeanlar Günü” elan edib. 2015-2025-ci illəri "Afrika Dənizləri və Okeanları Onilliyi" elan edərkən atdığı addımla birliyin dəniz və okean ekosistemlərinin qorunması və davamlı istifadəsi üçün məlumatlılığı artırmaq, regional və beynəlxalq əməkdaşlığı təmin etmək məqsədi daşıyır.
İki dəniz və iki okean: şimalda Aralıq dənizi, şərqdə Qırmızı dəniz və Hind okeanı, cənub və qərbdə Atlantik okeanı ilə əhatə olunmuş Afrika qitəsi demək olar ki, bir adadır.
Qlobal güclərin rəqabətinə səhnə olan 30 min 500 kilometr sahil xətti ilə 54 ölkənin olduğu qitədə 38 ölkə dəniz və okeanlar vasitəsilə dünyaya açıqdır. Dənizlər və okeanlar dünya sənayesi üçün lazım olan xammalın, eləcə də qitədə təxminən 1,5 milyard insanın ehtiyac duyduğu əsas qida məhsullarının daşınmasında həyati əhəmiyyətə malikdir.
Afrikanı əhatə edən sular dünya ilə dəniz əlaqəsi yaradaraq qitə üçün mühüm ehtiyatlara malikdir.Dəniz nəqliyyatı və ticarətlə yanaşı, balıqçılıq və dəniz məhsulları, turizm, neft və təbii qaz kimi bir çox ehtiyatlar qitənin iqtisadiyyatına töhfə verir.
Nigeriya sahillərindəki neft və təbii qaz ehtiyatları, Tanzaniyada balıqçılıq və dəniz məhsulları, Seyşel adalarında dəniz turizmi və Cənubi Afrikada su idmanı, xüsusilə də yelkən və dalğıc Afrika üçün mühüm gəlir mənbələri arasındadır.
Mavrikiy, Seyşel adaları, Zanzibar və Keyptaun dəniz turizmi baxımından qitənin ən diqqətçəkən yerləri sırasındadır.Digər tərəfdən, qitənin bir çox ölkəsi elektrik və internet problemlərini dəniz dibinə çəkilmiş kabel xətləri ilə həll etməyə çalışır.
Afrika suları dəniz məhsulları və balıqçılıqla zəngin olsa da, brakonyerlik səbəbindən ölkə iqtisadiyyatı milyonlarla dollar itki ilə üzləşir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, dünyada qeyri-qanuni tutulan balıqların təxminən 20 faizi Qambiya, Qvineya, Qvineya-Bisau, Mavritaniya, Seneqal və Sierra Leonedən gəlir.Afrika qanunsuz balıq ovu səbəbindən hər il 1 milyon ton balıq itirir ki, bu da illik qlobal itkilərin onda birini təşkil edir. Bunun iqtisadi itkisinin ildə 10-13 milyard dollar olduğu təxmin edilir.Mozambik iqtisadiyyatı qeydə alınmamış balıq ovu səbəbindən hər il təxminən 70 milyon dollar zərər çəkir.
Afrikanı əhatə edən sular da neft ehtiyatları baxımından əhəmiyyətlidir.Neft hasilatı işləri neft ehtiyatlarının yerləşdiyi Nigeriya, Mozambik və Anqolanın sahillərində milli və beynəlxalq şirkətlər tərəfindən həyata keçirilir.
Afrikanın ən böyük neft ehtiyatlarına malik ölkələri olan Nigeriya və Anqolada “Total” və “Exxon” kimi beynəlxalq şirkətlər fəaliyyət göstərir. İki ölkə öz ərazi sularından çıxarılan neft sayəsində əhəmiyyətli gəlirlər əldə edir.
Delta bölgəsində hasil edilən Nigeriya neftindən əldə olunan gəlirlər təhlükəsizlik problemləri və qeyri-qanuni emal səbəbindən ölkənin inkişafı üçün istifadə edilə bilməsə də, neft oğurluğu və hücumlar nəticəsində ötən il ölkə iqtisadiyyatı 3 milyard dollardan çox zərər çəkib.
Təbii qaz ehtiyatları ilə seçilən Mozambik Afrikanın Nigeriya və Əlcəzairdən sonra üçüncü ən zəngin ölkəsidir.
Son illərdə baş ofisi ABŞ-da yerləşən Anadarko və İtaliyanın Eni başda olmaqla beynəlxalq enerji şirkətləri tərəfindən həyata keçirilən təbii qaz və neft kəşfiyyatı fəaliyyəti nəticəsində Mozambikdə 5,7 trilyon kubmetr təbii qaz və mayeləşdirilmiş təbii qaz aşkar edilib və 2022-ci ildən etibarən ixrac olunmağa başlayıb.
Mozambikin şimal qonşusu Tanzaniya sahillərində də təbii qaz yataqları aşkar edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...