Afrikadan Türkiyəyə səhra tozu gəlir
Bu gündən etibarən Türkiyənin qərbində təsirli olmağa başlayacaq səhra tozu cümə axşamı günü bütün Türkiyədə təsirini göstərəcək. Cümə günündən etibarən səhra tozu öz təsirini itirəcək və həftəsonu Türkiyəni tərk edəcək. Bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun Meteorologiya Laboratoriyasının rəhbəri Adil Tek məlumat verib.
Səhra tozunun tərkibində dəmir olduğunu deyən mütəxəssis yağışla yerə düşən tozun bitkilər, torpaq və su qaynaqları üçün əhəmiyyətli rol oynadığını açıqlayıb.Türkiyənin ümumiyyətlə Afrika və Yaxın Şərqdən gələn səhra tozlarından təsirləndiyini vurğulayan Adil Tek xüsusilə bu dövrdə səhra tozunun Türkiyədə daha sıx olduğunu deyib.
Səhra tozunun sabah xüsusilə Aralıq dənizi, İç Anadolu və Mərmərə bölgələrində təsirli olacağını qeyd edən Tek fikirlərini belə ifadə edib :
"Trakya Bölgəsi və Egeyin şimal hissələri sabah alacaqları yağışla birlikdə toz təsirini bir az da itirəcək. Bundan əlavə, şənbə günü Orta Aralıq dənizindən gələn yağış Mərmərədə təsirli olacaq. Ege, İç Anadolu, Qərbi Aralıq dənizi, Qərb və Orta Qara dənizdə səhra tozu palçıqlı yağışa səbəb ola bilər. Həmçinin səhra tozunun təsirli olduğu bu günlərdə səma daha qırmızı olacaq."
Adil Tek bu dövrdə səhra tozuna görə havanın keyfiyyətinin azalacağını bildirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...