22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Afrikada meymun çiçəyinə qarşı peyvəndlər başlayacaq

22-08-2024
IMG

Afrika Birliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bir neçə gün ərzində Konqo Demokratik Respublikasında  və qitənin digər ölkələrində meymun çiçəyi virusuna qarşı peyvənd tədqiqatlarına başlayacağını açıqlayıb.

“Africa News” internet saytındakı xəbərə görə, bir neçə gün ərzində meymun çiçəyinin ən çox yayıldığı Konqo başda olmaqla Afrika ölkələrində peyvənd işlərinə başlanacaq.

Avropa Birliyinin  biotexnologiya şirkəti Bavaria Nordic ABŞ və Yaponiyanın peyvənd tədarükü mövzusunda öhdəlik götürməsinin ardından şərh edən Afrika Birliyi Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi qısa müddətdə peyvənd dozalarını alacaqlarını deyib.
Mərkəzin baş direktoru Jean Kaseya da peyvəndlərin təhlükəsiz saxlanmasının və düzgün idarə edilməsinin son dərəcə vacib olduğunu bildirib.Kaseya qeyd edib ki, peyvəndlərin paylanmasını asanlaşdırmaq üçün meymun çiçəyi aşkar edilən ölkələrlə logistika və kommunikasiya strategiyaları üzərində işləyirlər.

Bu il Afrikada təqribən 19 min meymun çiçəyi hadisəsi aşkar edilib ki, bunların da əksəriyyəti Konqoda görülüb.

Qitədə Burundi, Mərkəzi Afrika Respublikası, Konqo, Kamerun, Qana, Liberiya, Nigeriya, Ruanda, Keniya, Fil Dişi Sahili və Cənubi Afrika virusun müşahidə olunduğu ölkələr sırasındadır.

Paylaş: