Afrikada güclü daşqınlar 200-ə yaxın insanın həyatına son qoydu, minlərlə şəxs evsiz qaldı
Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 155 nəfər ölüb.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Kasim Macaliva deyib.
“51 mindən çox ev və 200 min insan zərər çəkib. 155 nəfər həlak olub, 236 nəfər yaralanıb, 10 mindən çox evə müxtəlif dərəcəli ziyan dəyib”, - nazir bildirib.
Macalivanın sözlərinə görə, əkin sahələri, eləcə də infrastruktur - körpülər, avtomobil yolları və dəmiryolları məhv edilib. Yağışların dağıdıcı nəticələrinin əsas səbəbi insanların təsərrüfat fəaliyyətinin ətraf mühitə zərərli təsiri, xüsusilə dağ yamaclarında və çay sahillərində meşələrin qırılmasıdır.
Tanzaniya ilə yanaşı, daşqınlar qonşu Mozambik və Keniyanı, həmçinin Burundini də vurub. Keniyada təbii fəlakət təxminən 40 nəfərin həyatına son qoyub, zərərçəkənlərin ümumi sayı 60 min nəfəri keçib. Burundidə 100 minə yaxın insan müvəqqəti olaraq evlərindən didərgin düşüblər. Somali təbii fəlakətin ziyanını dəf etməyə hazırlaşır, gələcək daşqınlara qarşı maneələr qurmaq üçün şəhərlərə qum gətirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...