22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Afrika pinqvinlərinin nəsli  2035-ci ilə qədər  kəsilə bilər

11-11-2024
IMG

Əsrin son rübündə populyasiyası sürətlə azalan Afrika pinqvin növlərinin lazımi tədbirlər görülmədiyi təqdirdə 2035-ci ilə qədər nəsli kəsilə biləcəyi təxmin edilir.
Yalnız Cənubi Afrika və Namibiya sahillərində yaşayan Afrika pinqvinlərinin sayı 21-ci əsrin əvvəllərində 100 minə çatsa da, son 25 ildə kəskin azalma ilə sayı 10 minə düşüb.

İnsan və iqlim faktorları ilə bağlı bu azalmanın qarşısı alınmazsa, Afrika qitəsində yeganə pinqvin nəslinin yaxın 10 il ərzində yox olacağı proqnozlaşdırılır.

Cənubi Afrika Sahil Quşlarının Mühafizəsi Fondunun Araşdırma Bölməsinin Direktoru  Katta Ludynia Afrika pinqvinləri haqqında qiymətləndirmələr edib. Nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər arasında olan Afrika pinqvinləri ilə bağlı Ludynia Afrika pinqvinləri üçün ən böyük təhlükənin "qida çatışmazlığı" olduğunu ifadə edib. Pinqvinlər daha çox sardina və hamsi ilə qidalanır, lakin bu balıq ehtiyatları da azalır.

Pinqvinlərin okeanda kifayət qədər qida tapa bilməməsindən narahat olduqlarını dilə gətirən Ludynia "Bu, qismən balıq ehtiyatlarına, balıqların hərəkətinə və yüksək balıqçılıq təzyiqinə təsir edən ekoloji dəyişikliklərdən qaynaqlanır. Hamsinin Cənubi Afrikada balıqçılıq sənayesində əhəmiyyətli bir yeri var.

"Son modelləşdirmə göstərir ki, Afrika pinqvinləri 2035-ci ilə qədər yox olacaq"-deyən Katta Ludynia neft sızıntılarının da pinqvin populyasiyasının məhvində mühüm faktor olduğuna diqqət çəkib.

Paylaş: