22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əfqanıstanda zəlzələ oldu, Özbəkistan və Türkmənistanda hiss edildi

18-02-2024

Əfqanıstanın şimalında beş bal gücündə zəlzələ qeydə alınıb.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 303 min insanın yaşadığı Məzari-Şərif şəhərindən 22 kilometr qərbdə yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Zəlzələnin qonşu Özbəkistan və Türkmənistanda hiss edildiyi bildirilib.

Paylaş: