Əfqanıstanda zəlzələ baş verib
Əfqanıstanda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Fhnews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Zəlzələnin episentri təxminən 161 min insanın yaşadığı Qunduz şəhərindən 62 km cənub-şərqdə yerləşib.
Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...