Əfqanıstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb
Əfqanıstanın şərqindəki Nuristan əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə, xəsarət alanların sayı isə 10 nəfərə çatıb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan hökumətinin nümayəndəsi Molla Janan Saeq itkilərin sayının dəyişə biləcəyini istisna etməyib.
Xatırladaq ki, Nuristan əyalətinin Norqaram rayonunda gecə saatlarında güclü yağış səbəbindən təbii fəlakət yaşanıb. Torpaq sürüşməsi nəticəsində çox sayda evin dağıldığı və təsərrüfatlara ciddi zərər dəydiyi bildirilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...