Əfqanıstanda torpaq sürüşməsi beş nəfərin həyatına son qoyub
Əfqanıstanın şərqindəki Nuristan əyalətinin Norqaram rayonunda güclü yağış səbəbindən baş verən torpaq sürüşməsi beş nəfərin həyatına son qoyub.
Fhnews.az China.org saytına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində azı 20 ev dağılıb. Yerli xilasetmə qüvvələri torpaq altından beş nəfərin cəsədini çıxarıb. Axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini deyən hakimiyyət orqanları ölənlərin sayının artacağından ehtiyatlanır.
Qeyd edək ki, Əfqanıstanın bəzi bölgələrinə, o cümlədən paytaxt Kabilə bazar günü günortadan etibarən güclü yağış və qar yağır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...