22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb

11-05-2024
IMG

Yerli mətbuatın məlumatına görə, ölkənin şimal və şimal-şərq bölgələrində yağan güclü yağış daşqınlara səbəb olub.Şimali Baqlan şəhərinin Təbii Fəlakət Departamentinin rəhbəri Hedayatullah Hamdard mərkəzi Kabildə yerləşən “Tolo News” telekanalına verdiyi açıqlamada, Burqa, Nəhrin və Mərkəzi Bağlan bölgələrində indiyədək 50 nəfərin  daşqınlarda həyatını itirdiyini deyib. 

Şimal-şərqdəki Bədəxşan şəhərinin Təbii Fəlakət Departamentinin rəhbəri Məhəmməd Əkrəm Əkbəri isə  bildirib ki, daşqınlar Taşkan, Yavan və Taqab rayonlarını vurub və bir çox evlərə, məktəblərə və ibadət yerlərinə ziyan dəyib.

Paylaş: