Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub
Əfqanıstanın qərbindəki Qor vilayətində daşqınlar nəticəsində son sutka ərzində azı 50 nəfər ölüb, on nəfər itkin düşüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, əyalət polisinin mətbuat katibi Əbdülrəhman Badres daşqınların bir neçə rayonu əhatə etdiyini, 2 min evin və 2500 mağazanın dağıldığını bildirib.
Leysan yağış və daşqınlar qonşu Herat və Fərəh əyalətlərinin də yolunu bağlayıb.
Xatırladaq ki, Əfqanıstanda son bir ayda baş verən şiddətli daşqınlar çoxsaylı insan tələfatına və maddi ziyana səbəb olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...