AFAD Türkiyədə suda boğulmalara qarşı maarifləndirmə təlimlərinə başlayıb
Maarifləndirmədə məqsəd yerüstü axtarış-xilasetmə təhsili ilə sel, su basması kimi fəlakətlərə, boğulma hallarına sürətli və təsirli müdaxilədir.
Diyarbəkir, Ankara, Hatay, Tokat, Tunceli və Kastamonuda eyni vaxtda keçirilən təlimlərə 300 AFAD əməkdaşı qatılıb.Ümumilikdə bu il 600 nəfər bununla bağlı təhsil alacaq.
Şəxsi heyətə ekspert təlimçilər tərəfindən 5 gün müddətində “Əsas su təhlükəsizliyi”, “Boğulma hadisələri zamanı müdaxilə üsulları”, “Yerüstü axtarış-xilasetmə üsulları”, “İlkin tibbi yardım” kimi mövzularda təlimlər keçirilib.Məqsəd yay aylarında suda boğulma və daşqınlar zamanı imkanları maksimuma çatdırmaq və mümkün qədər tez müdaxilə edib insanları xilas etməkdir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...