AFAD donanmasına 35 PUA-nın qoşulması planlaşdırılır
Türkiyədə AFAD fəlakətlərə reaksiya proseslərinin sürətli, effektiv və koordinasiyalı şəkildə həyata keçirilməsini təmin etmək üçün donanmasına 2028-ci ilə qədər 35 pilotsuz uçuş aparatının (PUA) əlavə edilməsini hədəfləyir.
AFAD-ın 2024-2028-ci illər üçün Strateji Planınında bu barədə məlumat yer alıb.Sözügedən planda AFAD-ın missiyası “Risk yönümlü fəlakət idarəetmə yanaşması ilə fəlakət və fövqəladə hallar proseslərini effektiv şəkildə idarə etmək, bütün aidiyyəti tərəflərlə koordinasiya etmək və bu sahədə siyasətlər hazırlamaq” olaraq təyin edilib. Plana əsasən, fəlakətlərə reaksiya proseslərinin sürətli, effektiv və koordinasiyalı şəkildə həyata keçirilməsi üçün geniş ərazinin qiymətləndirilməsi, sahə müşahidəsi və koordinasiyasını təmin etmək üçün 2028-ci ilə qədər mərhələli şəkildə 35 PUA AFAD-ın texniki bazasına daxil olacaq.Beləliklə, AFAD çərçivəsində istifadə olunacaq PUA-ların ümumi sayı 2025-ci ildə 9, 2026-cı ildə 18, 2027-ci ildə 27, 2028-ci ildə 35 olacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...