22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

AEBA Zaporojye AES-in reaktorunda su sızması barədə məlumat verib

01-11-2024
IMG

Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının reaktorlarından birində kiçik su sızması aşkar edilib və təmir işləri aparılır.

Fhnews.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) saytında məlumat verilib.

BAEA-nın rəhbəri Rafael Qrossinin yazılı açıqlamasında deyilir: “Agentlik bu məsələni yaxından izləməyə davam edəcək, baxmayaraq ki, biz nüvə təhlükəsizliyinə dərhal təhlükə görmürük. Ümumiyyətlə, biz müəyyən etdik ki, münaqişə zamanı Zaporojye AES-in davamlı təhlükəsizliyini təmin edən avadanlığa müntəzəm qulluq etmək çətindir”.

Stansiyada olan AEBA ekspertlərinə məlumat verilib ki, qaynaq işləri başa çatıb və qaynaq tikişlərinin radioqrafik sınaqları aparılır.

Paylaş: