Adriatik dənizinin İtaliya sahilləri selik təbəqəsi ilə örtülüb
Adriatik dənizinin İtaliyanın Rimini şəhəri sahilləri selik təbəqəsi və fitoplanktonla örtülüb.
Fhnews.az xəbər verir ki, selik təbəqəsi Avropa Komissiyasının Kopernik İqlim Dəyişikliyi Xidmətinin “Sentinel-2” peykindən çəkilən fotoşəkillərdə aydın görünür.
Buna son aylarda müşahidə edilən yüksək temperatur və daha əvvəl yağan aramsız yağışların səbəb olduğu bildirilib. Qeyd olunub ki, şirin su səviyyəsinin artması Adriatik dənizinin səthində duzluluğu azaldır və selik təbəqəsinin sürətlə yayılmasına şərait yaradır.
Mütəxəssislər bunun tamamilə təbii hadisə olduğunu və sağlamlığa zərərinin olmadığını bildiriblər. Lakin buna baxmayaraq, bölgədəki turistlər dəniz əvəzinə, otellərdəki hovuzlara və üzgüçülük hovuzlarına üstünlük verirlər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...