22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Adriatik dənizində 4,7 bal gücündə zəlzələ olub

23-02-2024

Adriatik dənizində 4,7 bal gücündə yeraltı təkan qeydə alınıb.

Fhnews.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

Episentri dənizin mərkəzi hissəsi olan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib. Yeraltı təkan İtaliyanın Bari şəhərində, eləcə də Xorvatiyanın Dobrovnik şəhərində hiss edilib. Zəlzələ bəzi bölgələrdə əhali arasında təşvişə səbəb olub. İnsanlar sosial şəbəkələrdə şiddətli sarsıntı əsnasında çəkilən çoxsaylı videolar paylaşıblar.

Dağıntı və tələfat olmadığı bildirilir.

Paylaş: