22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ədliyyə Nazirliyi yaxın günlərdə elektron hərrac portalını istifadəyə verəcək

14-10-2024
IMG

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaxın günlərdə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə elektron hərrac portalı istifadəyə veriləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, portal hərracda iştirak imkanlarının hər kəs üçün bərabər və əlçatan olmasını təmin etməyi hədəfləyir.

Portalda fiziki və hüquqi şəxslər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə biləcəklər. Elektron hərracın keçirilməsi barədə şərtlər, portaldan istifadəyə dair təlimat və hərrac elanları portalın saytı və sosial şəbəkə hesablarında yerləşdiriləcək.

Hərrac proseslərinin rəqəmsallaşmış formada keçirilməsi vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Paylaş: