22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Ədirnədə havanın yüksək temperaturu Tunca çayının axınına təsir edib

16-04-2024

Türkiyədə Ədirnənin əhəmiyyətli su ehtiyatlarından biri olan, qış və yaz aylarında kifayət qədər yağış almayan Tunca çayının debisi son ölçmədə saniyədə 2 kubmetr olaraq qeydə alınıb.

Çayın Bolqarıstan hövzəsində quraqlığın təsiri ilə bəzi hissələrdə axın dayanıb.Çayın dayaz yerlərində balıqların üzməkdə çətinlik çəkdiyi müşahidə edilib. 

Mütəxəssislər bunun iqlim dəyişikliyi, yoxsa yağış azlığı ilə bağlı olduğunu araşdırır. 

Şəhərin digər əhəmiyyətli su mənbəyi olan Meriç çayının axın sürəti isə Kirişhane stansiyasında edilən son ölçmədə saniyədə 49 kubmetr olaraq qeydə alınıb.

Paylaş: