Adanada 5 bal gücündə zəlzələ baş verib
AFAD xəbər verir ki, bu gün yerli vaxtla saat 20.07-də episentri Adananın Kozan rayonunda olmaqla 5 bal gücündə zəlzələ olub. Zəlzələ 20,13 kilometr dərinlikdə baş verib.
Adana valisi Yavuz Səlim Köşger zəlzələdən sonra heç bir neqativ halın qeydə alınmadığını deyib.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda, "AFAD və aidiyyatı qurumlarımız dərhal sahə taramasına başlayıb. Hazırda heç bir neqativ hal yoxdur" yazıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...