ABŞ və Meksika üçün qasırğa və tropik fırtına xəbərdarlığı
“Helene” qasırğası ilə əlaqədar Cənubi və Şimali Karolina, Corciya və Florida ştatlarında fövqəladə vəziyyət elan edilib. Verilən məlumara görə, “Con” və Helene”, eləcə də “İsaak” tropik qasırğasının ABŞ və Meksikanın cənub-qərbində bəzi ştatlarda təsirli olacağı gözlənilir. ABŞ Milli Qasırğa Mərkəzi “Helene”nin Florida ştatının Tampa şəhərindən təxminən 690 kilometr cənub-qərbdə təsirli olduğunu açıqlayıb.
Qasırğanın "4-cü kateqoriya" intensivliyinə təsir göstərə biləcəyi ifadə edilib və Meksikanın Yukatan yarımadası və Floridanın şimal-qərb sahilləri üçün xəbərdarlıq edilib.
Atlantik okeanında əmələ gələn “İsaak” tropik qasırğasının həftənin sonuna kimi güclənərək qasırğaya çevriləcəyi gözlənilir.
Milli Qasırğa Mərkəzi “İsaak”ın Bermudadan təxminən 1115 kilometr şimal-şərqdə təsbit edildiyini və saatda 19 kilometr sürətlə şərqə doğru irəlilədiyini açıqlayıb. Mərkəz “Con” qasırğasının Meksikanın Zihuatanejo şəhərindən təxminən 95 kilometr cənub-şərqdə olduğunu bildirib.
Qeyd edək ki, sentyabrın 24-də Meksikanın Sakit Okeanla həmsərhəd olan bəzi cənub ştatlarına təsir edən "3-cü kateqoriya "Con” qasırğası nəticəsində iki nəfər həyatını itirib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...