ABŞ tədqiqatçıları: COVID-19 infarkt, insult və ölüm riskini artıra bilər
ABŞ-da tədqiqatçılar COVID-19-a yoluxanların növbəti üç ildə infarkt, insult və ölüm riskinin bu xəstəliyə tutulmayanlara nisbətən iki dəfə yüksək olduğunu müəyyənləşdiriblər.
Fhnews.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Atherosclerosis, Trombosis, and Vascular Biology” jurnalında dərc olunan araşdırmaya görə, Cənubi Kaliforniya Universiteti, Kaliforniya Universiteti (UCLA) və Ohayo ştatındakı Lerner Araşdırma İnstitutunun alimləri sağlamlıq qeydlərini tədqiq ediblər. Bu, 250 min adamın qeydiyyatda olduğu İngiltərədəki Biobank adlı baza üzərindən aparılıb.
Alimlər 2020-ci ildə COVID-19-a yoluxan xəstələrin Biobankdakı məlumatlarını eyni dövrdə xəstəliyə yoluxmayan 222 mindən çox insanın məlumatları ilə müqayisə ediblər. Məlumatlara görə, 2020-ci ildə COVID-19 peyvəndi buraxılmamışdan əvvəl bu xəstəliyə yoluxanlar 11 mindən çox olub. Tədqiqatçılar COVID-19-a yoluxan 11 mindən çox insandan təxminən 3 min nəfərin xəstəxanaya yerləşdirildiyinə diqqət çəkib. Bildirilib ki, infarkt, insult və ölüm riski digərləri ilə (yoluxmayanlar) müqayisədə daha çoxdur. COVID-19 xəstəliyi olan və bu səbəbdən xəstəxanaya yerləşdirilənlərin infarkt, insult və ölüm riskinin zamanla azalmadığı ifadə edilib. Qeyd olunub ki, xəstəliyin niyə bu qədər uzunmüddətli təsir göstərdiyi hələ məlum deyil.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...