22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri F-16-ların Türkiyəyə satışını dəstəkləyib

27-01-2024

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin və Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Gregory Miks F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacaqlarını bildiriblər.

Fhnews.az TASS-a istinadla xəbər verir ki, Kardin bununla bağlı açıqlamasında deyib: “Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə verəcək. Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməm İsveçin NATO-ya daxil olmasını təsdiqlənməsi ilə bağlı idi".

Miks də öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb. O qeyd edib ki, “Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar onu ruhlandırıb”.

06:13

Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verib.

Fhnews.az TASS-a istinadla xəbər verir ki, bununla bağlı sənəddə Ankaranın ABŞ-dan 40 ədəd yeni F-16 almaq, istismarda olan 79 ədəd F-16-nı modernləşdirmək, həmçinin naviqasiya və rabitə də daxil olmaqla, ehtiyat hissələri və müxtəlif sistemlərin alınması üçün icazə istədiyi bildirilib.

ABŞ administrasiyası artıq bu qərarla bağlı Konqresə məlumat verib. Qanunverici orqanın potensial sövdələşməni nəzərdən keçirmək və ya onu bloklamaq üçün 15 gün vaxtı var.

Paylaş: