ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
ABŞ Rusiyanın “224-cü uçuş dəstəsi” dövlət aviaşirkətinin direktoru Vladimir Mixeyçiki sanksiyalar siyahısına əlavə edib.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin müvafiq sənədində bildirilir.
Bundan əlavə, Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli iki hüquqi şəxsə, habelə hərbi nəqliyyat aviasiyası ilə əlaqəli üç təyyarəyə məhdudiyyətlər tətbiq edilib.
Sanksiyaya məruz qalan hüquqi şəxslər Həştərxan vilayətindəki Aşuluk və Vladimirovka poliqonları olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...