ABŞ qlobal epidemiyalara qarşı 50 ölkə ilə əməkdaşlıq edəcək
ABŞ gələcəkdə ortaya çıxa biləcək qlobal epidemiyalarla mübarizə üçün 50 ölkə ilə əməkdaşlıq edəcəyini açıqlayıb.
Ağ Evin saytında verilən açıqlamada hökumətin tibbi testlərin təkmilləşdirilməsi, tibbi təqiblərin artırılması, daxili və xarici kommunikasiyaların yaxşılaşdırılması, eləcə də epidemiyalara qarşı lazımi hazırlıqların görülməsi üçün yeni proqram hazırladığı bildirilib.
Qlobal Sağlamlıq Təhlükəsizliyi Strategiyası proqramı çərçivəsində ABŞ Dövlət Departamenti Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi, Səhiyyə və İnsani Xidmətlər Departamenti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə əməkdaşlıq edəcək.
Açıqlamada Asiya, Afrika və Şərqi Avropa kimi bir çox bölgədən 50 ölkə ilə əməkdaşlıq ediləcəyi, epidemiyalarda ölüm sayının minimuma endirilməsi və iqtisadi itkilərin azaldılması üçün səylərin göstəriləcəyi bildirilib.
İlin sonuna kimi 100 ölkənin proqrama daxil edilməsi nəzərdə tutulur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...