ABŞ prezidentlərinə sui-qəsdlərin tarixi
ABŞ-da qatıldığı mitinqdə hücuma məruz qalan və qulağından yaralanan ABŞ-nın keçmiş prezidenti Donald Tramp ölkə tarixində hücuma məruz qalan prezidentlər və prezidentliyə namizədlər siyahısına əlavə edilib. Keçmiş prezident Trampın şənbə günü Pensilvaniyadakı mitinqdə yaralanmasına səbəb olan atışma ABŞ-da silahlı zorakılıqla bağlı narahatlıqları artırıb.
Noyabrın 5-də keçiriləcək prezident seçkilərində namizədlərdən biri olan keçmiş prezident Tramp Pensilvaniyada mitinqdə çıxış edərkən kürsüdə silahla hücuma məruz qalıb. Hücumda Tramp qulağından yaralanarıb, 20 yaşında olduğu deyilən sui-qəsdçi öldürülüb, mitinq iştirakçılarından 1 nəfər ölüb.
İndi isə ABŞ prezidentlərinə qarşı sui-qəsdlərin tarixinə nəzər salaq. Keçmiş ABŞ prezidenti Avraam Linkoln 1865-ci il aprelin 14-də həyat yoldaşı Meri Todd Linkolnla Vaşinqtonda "Bizim Amerikalı qohumumuz" komediya tamaşasını izləyərkən qətlə yetirilib. Hücumdan bir gün sonra vəfat edən Linkoln ABŞ-nın öldürülən ilk prezidenti olub.
ABŞ-da öldürülən ikinci prezident 2 iyul 1881-ci ildə Ceyms Qarfild olub. Qarfild vəzifəsinin 6-cı ayında silahla hücuma məruz qalıb.
Ölkədə üçüncü sui-qəsd 1901-ci il sentyabrın 6-da Amerikanın 25-ci prezidenti Uilyam Makkinlidə olub. O, Nyu Yorkda çıxışından sonra insanlarla əl sıxışarkən güllələnib.
ABŞ-da ölümlə nəticələnən sonuncu sui-qəsd 1963-cü ilin noyabrında president Con Kennediyə qarşı edilib. Kennedi həyat yoldaşı Jaklin Kennedi ilə Dallasda olarkən ona silahla hücum edilib. Kennedi xəstəxanaya aparılıb və qısa müddət sonra dünyasını dəyişib.
ABŞ-da keçmiş prezidentlər ikinci müddətə seçki kampaniyalarında hədəfə çevrildiyi halda, ABŞ-nın keçmiş prezidenti Teodor Ruzvelt 1912-ci il oktyabrın 14-də ikinci dəfə namizəd olduğu seçki kampaniyası zamanı güllə hədəfinə tuş gəlib. Amma sinəsindən güllə yarası aldığı bu hücumdan o sağ çıxıb.
5 sentyabr 1975-ci ildə sui-qəsdlərin hədəfi ABŞ-nın 38-ci prezidenti Cerald Ford olub. Ford elə həmin il bir neçə həftə ərzində iki sui-qəsd cəhdinə məruz qalsa da, onlardan xəsarət almadan xilas olub.
ABŞ-nın 40-cı prezidenti Ronald Reyqan 1981-ci ilin martında paytaxt Vaşinqtonda çıxışından sonra maşınına doğru gedərkən silahlı hücum nəticəsində yaralanıb.
Ölkənin 43-cü prezidenti Corc Buşa 2005-ci ildə Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birlikdə qatıldığı mitinqdə çıxışı zamanı əl qumbarası atılıb. Əl dəsmalı çox möhkəm bükülmüş olduğundan qumbaranın sancağı ilişib qaldığı üçün bomba partlamayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...